Türkiyənin Bağdaddakı səfirliyinə raket atılıb.
APA-nın məlumatına görə, Türkiyə səfiri Yunus Dəmirər binaya üç raket atıldığını, raketlərdən birinin səfirliyin mühafizə divarına dəydiyini deyib. Digər iki raket hara düşdüyü dəqiq müəyyənləşməyib. İraqın baş naziri Nuri əl-Malikinin Türkiyə ilə bağlı son fikirlərindən sonra bu hadisənin baş verməsi Ankarada narahatlıqla qarşılanıb. Xarici işlər naziri Əhməd Davudoğlu səfirə zəng vuraraq baş verən hadisə ilə bağlı məlumat alıb. Rəsmi Ankara baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.