Fransa Senatının Konstitusiya komissiyası uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbuledilməz olduğu haqqında qərar çıxarıb.

APA-nın"Milliyet" ə istinadən verdiyi məlumata görə, komissiya bu gün keçirilən iclasında Milli Assambleyada qəbul olunan qanun layihəsini müzakirə edib. Komissiya layihənin qəbuledilməz olduğu qənaətinə gəlib. Bu qərarın lehinə 29, əleyhinə 9 nəfər səs verib, 8 senator bitərəf qalıb.