Rusiyanın Suriya ilə hərbi-texniki sahədə əməkdaşlığı beynəlxalq normalara zidd deyil. Bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
''ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Raysın Rusiya yükü daşıyan, səhv etmirəmsə, "Chariot" gəmisinin Suriya limanına daxil olması ilə bağlı narahatçılığını bildirməsinə gəldikdə isə, eşitdiyimə görə, o, hətta bununla bağlı izahat tələb edib. Biz nə beynəlxalq razılaşmaları, nə də BMT TŞ-nin qətnamələrini pozmuruq ki, izahat verək. Bizim Suriya ilə ticarət əlaqələrimiz beynəlxalq hüququn imkan verdiyi formada həyta keçirilir'', - SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov deyib.