ABŞ prezidenti Barak Obamanın İran rəhbərliyinə göndərdiyi məktubda deyilir ki, İslam Respublikası nüvə dosyesi üzrə birbaşa danışıqlara başlamalıdı. Bu barədə İran Məclisinin deputatı Əli Motaxari bəyan edib.
SalamNews FarsNews-a istinadən verdiyi xəbərə görə, parlamentin üzvü deyib: “Obamanın məktubunda qeyd olunub ki, Hörmuz boğazının blokadası son tədbirlərdən biridir və danışıqalrın vasitəçilərsiz keçirilməsini təklif edib. Barak Obama iki dövlət arasında fikir ayrılığının aradan qaldırılması üçün buna bənzər danışıqların aparılmasına hazır olduğunu bildirib”.