Bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehinin Türkiyəyə səfəri başlayır.
SalamNews-un "ANKA" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Əli Əkbər Salehi Ankarada iqtisadi və siyasi məsələləri müzakirə edəcək.
İranın xarici işlər naziri Türkiyə-İran Qarışıq İqtisadi Komissiyanın İran heyətinə başçılıq etdikdən sonra türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək.
Türkiyə prezidenti Abdulla Gülün Salehi və onun başçılıq etdiyi nümayəndə heyətini "Çankaya Köşkü"ndə qəbul edəcəyi gözlənilir.