“İsrailin İrana hərbi müdaxiləsi yalnız ehtimaldır. Hazırda bununla bağlı heç bir müzakirə aparılmır.
Bu, sadəcə irəli sürülən təxminlərdən biridir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri Ehud Barak bildirib. O, yaxın günlərdə İranla bağlı müzakirələr aparmaq üçün ABŞ-a səfər edəcəyini də deyib.