Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İraq parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Hammam Hamudinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanla İraq arasındakı münasibətlərin uğurla inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun genişləndiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir İraqlı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə tövhə verəcəyinə əmin olduğunu bildirib.
Görüş zamanı İraqın iqtisadi durumu və ölkədə baş verən proseslər, iki ölkə arasında müqavilə-hüquq bazasının və əməkdaşlıq sahələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.