İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamidu Heydər Əliyev Fondunun ölkəsi ərazisində məktəb və xəstəxana tikməsi üçün Azərbaycan-İraq parlamentlərarası dostluq qrupuna müraciət edib
APA-nın məlumatına görə, H. Hamidu bu təklifi rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Məclisdə Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun görüşündə səsləndirib. Qonaq təklifinin reallaşacağı halda bundan çox məmnun qalacağını vurğulayıb.