Yaxın günlərdə İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyəyə gedəcək.
APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst məlumat verib. O bildirib ki, səfərdə məqsəd İran-Türkiyə ortaq iqtisadi komissiyasının iclasında iştirak etməkdir.