Şimali Kipr Türk Respublikasının (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Denktaş üçün ilk vida mərasimi Yakın Doğu Universitetinin xəstəxanasında keçirilib.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdən sonra mərhumun nəşi xəstəxanadan prezident sarayına gətirilib. Onun nəşi burada qarşılanacaq və sarayın qarşısında matəm mərsimi təşkil ediləcək.
R.Denktaş çərşənbə günü dəfn olunacaq.