ABŞ pilotsuz uçan aparatın hücumu nəticəsində Pakistan talibanların lideri Hakimulla Məhsud həlak olub. Bu barədə "Reuters" agentliyi Pakistanın hərbi mənbəsinə istinadən xəbər verib.
SalamNews Assoşeytd Press-ə istinadən məlumat verir ki, H.Mehsud yanvarın 12-də Şimali Vəziristan əyalətində qətlə yetirilib.
“Taliban” nümayəndələri isə liderlərinin ölməsi haqqında məlumatı təkzib ediblər.
ABŞ müvafiq məlumata şərh verməyib.