Qətərin əmiri şeyx Həmid bin Xəlifə Əl Tani Suriyaya qoşun yeridilməsini dəstəkləyib.
SalamNews-un "Vesti"yə istinadən verdiyi xəbərə görə, bu barədə o, ABŞ-ın CBS teleşirkətinə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, yalnız bundan sonra ölkədəki iğtişaşlara son qoyula bilər. Qətərin dövlət başçısı qeyd edib ki, yaranmış vəziyyətdə qətliamın qarşısının alınması üçün Suriyaya mütləq müəyyən qoşunlar yeridilməlidir.
Hazırda Suriyada Ərəb Dövlətləri Liqasının müşahidəçilər qrupu fəaliyyət göstərir. Missiya ölkədəki vəziyyət haqda məruzəsini yanvarın 28-də təqdim etməlidir.