ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Belarusda nəşr olunan "Zqoda" jurnalının keçmiş baş redaktor müavini Aleksandr Zdvijkovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib.
M. Haraşti Məhəmməd peyğəmbərin Avropa mətbuatında dərc olunmuş karikaturalarını təkrar dərc etməyə görə həbs olunmuş A. Zdvijkova verilən cəzanı qəti şəkildə pisləyib: "İyirmi birinci əsrin Avropasında başqa yerdə hazırlanmış və hər yerdə dərc olunmuş karikaturanın təkrar çapına görə redaktorun necə həbs olunmasını, bağlı qapılar arxasında mühakimə edilib, ona hökm çıxarılmasını müşahidə etmək insanı şoka salan tamaşadır. Əslində Belarus hökuməti karikaturalarla bağlı beynəlxalq polemikadan tənqidi səsi ictimai həyatdan kənarlaşdırmaq üçün bəhanə kimi istifadə edib".
Qeyd edək ki, "Zqoda" jurnalı 2006-cı ilin martında məhkəmə qərarı ilə qapadılıb.