“Beynəlxalq qaydalara görə, İranın dinc məqsədlər üçün nüvə texnologiyasına sahib olmağa və ondan istifadə etməyə haqqı var. Ancaq bu işi mütləq beynəlxalq qaydalara riayət etməklə şəffaf şəkildə görməlidir”
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu bildirib. O, iranlı nüvə alimi Mustafa Əhmədi Rövşənin qətlini pisləyib: “İranda elm adamına qarşı həyata keçirilmiş terror aktı narahatlıq doğurur. Bu hadisədən son dərəcə kədər hissi duyur və şiddətlə qınadığımı bildirirəm. Elm adamlarını öldürərək bir yerə varmaq mümkün deyil”.
Ekmələddin İhsanoğlu İsrailin beynəlxalq təftişdən kənar tutulmasının da qəbuledilməz olduğunu bildirib.