BMT-nin Baş katibi Pan Gi Mun bu yaxınlarda İranın nüvə üzrə aliminin qətlini pisləyib.
SalamNews PressTV-ə istinadən xəbər verir ki, Pan Gi Mun jurnalistlərə bildirib: "Müxtəlif ölkələrdə alimin və ya vətəndaşın qətli və ya terror aktı məhkum olunmalıdır. Müvafiq faktlar yol verilməzdir. İnsan hüquqları qorunmalıdır”.
Xatırladaq ki, yanvarın 11-də Tehranın Seyid Xəndan küçəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini Mustafa Əhmədi Rövşən və daha iki nəfər öldürülüb. İran informasiya agentliklərinin yaydığı məlumata görə, alim onun avtomobilinə bərkidilən maqnit bombanın partlaması nəticəsində həlak olub.