Bu gün İçərişəhər Cümə məscidinin dini icmasının təşkilatçılığı ilə Ərbəin günü ilə bağlı qanvermə aksiyası keçirilir. Aksiya səhər saat 9:00-dan başlayıb və hazırda davam edir.
SalamNews-un deyerler.org saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda yerləşən Qan Bankında təşkil olunan aksiyanın saat 17:00-a qədər davam etdirilməsi planlaşdırılır.