Prokuror Türkiyə Silahlı Qüvvələrinin (TSQ) sabiq Baş Qərargah rəisi, general Yaşar Böyükanıtla bağlı təhqiqata başlayıb.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, sabiq Baş qərargah rəisi, general İlkər Başbuğun həbs olunmasından sonra istintaq işini aparan İstanbul prokuroru Can Kansız, Başbuğun müdafiəsi zamanı təqdim etdiyi sənədlər arasından əsasən, general Büyükanıtla əlaqədar dəlilləri araşdırmağa başlayıb. Prokurorluğun, önümüzdəki günlərdə Büyükanıt və digərlərinin istintaq çərçivəsində şübhəli göstərilib-göstərilməyəcəyi və ya ifadə verib-verməyəcəkləri haqqında qərar qəbul etməsi gözlənilir.