Fələstin Milli Administrasiyanın və İsrailin nümayəndələri gələn həftə İordaniyanın Amman şəhərində yenidən görüşəcəklər. Bu barədə jurnalistlərə hər iki tərəfin rəsmi üzvləri xəbər veriblər.
SalamNews Reuters-ə istinadən xəbər verir ki, KİV məlumatına görə, Yaxın Şərq münaqişənin həlli üzrə danışıqların üçüncü mərhələsi şənbə günü keçiriləcək. 10 gün ərzində Mahmud Abbas Moskva, London və Berlinə işgüzar səfər edəcək.
Xatırladaq ki, növbəti ikitərəfli görüş yanavrın 25-də keçiriləcək. FMA və İsrail nümayəndələrin Ammanda keçiriləcək görüş, ölkə kralı II Abdalla, Haşimilər Krallığının xarici işlər naziri Naser Cude və “Yaxın Şərq kvarteti” (Aİ, BMT, Rusiya və ABŞ) nümayəndəsi Toni Blerin təşəbbüsi nəticəsində baş tutacaq.