Zeynəbiyə Gənclik Komitəsi nəzdində fəaliyyət göstərən "Hz. Abbas Dəstəsi" tərəfindən təşkil edilən Ərbəin gənclik yığıncağında iştirak etmək üçün İstanbulun müxtəlif bölgələrindən minə yaxın gənc Əhli-Beyt gəlib.
SalamNews-un zeynebiye.com saytına istinadla verdiyi xəbərə görə Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz başda olmaqla İstanbulun müxtəlif bölgələrindən Əhli-Beyt alimləri və gənclərinin qatıldığı tədbir Zeynəbiyə məscidində keçirilib. Yanvarın 13-də, cümə axşamı günü reallaşan tədbir ehsan yeməyindən sonra Zəynəbiyyə alimlərindən olan Ş.Sirali Bayatın Qurani-Kərim tilavəti ilə başlayıb.
Quran tilavətindən sonra "Hz. Abbas Dəstəsi"nin sədri Kerbela Şener Akpolat çıxış edib. Proqramda gənclərə səslənən S.Öngündüz birlik və bərabərlik mesajları verib.
CHP-nin İstanbuldan seçilən deputatı Əli Özgündüz Zeynəbiyyədə keçirilən tədbirlərin Ankaradan da maraqla izləndiyini vurğulayaraq deyib: "Bizləri İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü bir araya gətirən "Hz. Abbas Dəstəsi"nə təşəkkür edirəm.
Çıxışlardan sonra iştirakçılar oxunan sinəzənlərlə İmam Hüseyn və Kərbəla şəhidləri üçün sinələrinə döyüb. Matəm mərasimi duaların oxunması ilə sona çatıb.