Yanvarın 19-da qeyd olunacaq Aşura günü münasibətilə Bakı şəhərindəki beş ibadət ocağında qanvermə aksiyası keçiriləcək.
Aksiyanın təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, talassemiyalı xəstələrə yardım məqsədi ilə keçiriləcək aksiya "Təzə pir", "Göy məscid", "Hacı Sultanəli", İçərişəhərdəki "Cümə" məscidlərində və Mir Möhsüm Ağa ziyarətgahında təşkil olunacaq. Qanvermə aksiyası səhər saat 09:00-da başlayacaq. Aksiyaya QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qatılacağı gözlənilir.