Aşura günü ilə əlaqədar olaraq Gəncə Bölgə Qan Köçürmə Mərkəzində qanvermə aksiyası start götürəcək. Aşura günü ərəfəsində Gəncə şəhər sakinləri və İmamzadə ziyarətgahını ziyarətə gələn qonaqlar bu mərkəzdə hemofiliya və talassemiyalı xəstələr üçün qan verəcəklər.
Gəncə Bölgə Qan Köçürmə Mərkəzindən verilən məlumata görə, aksiya yanvar ayının 21-dək davam edəcək. Aksiyanın uğurla başa çatdırılması üçün bütün texniki hazırlıq işləri artıq başa çatıb. Qeyd edək ki, Gəncə Bölgə Qan Köçürmə Mərkəzində qeydiyyatda olanlardan 37 nəfəri hemofiliya (qanın laxtalanmaması), 31-i isə talessemiya (bədəndə qan yaranmama) irsi qan xəstələridir. Qeydiyyatda olnaların 80 faizi azyaşlılardır.