DEVAMM-a daxil olan məlumata görə, "Azercell" müştərək müəssisəsində yer almış bu insident artıq öz həllini tapmışdır. Belə ki, xanım əməkdaş artıq öz iş yerinə buraxılmış və ona qarşı hər hansı bir maneə törədilmir.
Bundan əlavə, "Azercell" rəhbərliyinin tapşırığı ilə müvafiq səlahiyyətli şəxslər DEVAMM sədri ilə əlaqə saxlamış, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmiş və "Azercell" şirkətində vicdan azadlığı ilə heç bir problemin olmadığını vurğulamışlar. Öz növbəsində İ.İbrahimoğlu ümid etdiyini bildirmişdir ki, gələckdə də "Azercell"də vicdan azadlığı ilə heç bir problem olmayacaq.