Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan və İraqın baş naziri Nuri Əl Maliki arasında telefon söhbəti baş tutub.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan həmsöhbətinə bildirib ki, müttəfiqlərə şübhə ilə yanaşmanın ədavətə çevrilməsi demokratiyaya mənfi təsir edəcək.
Əldə edilən məlumata görə, telefon söhbətində İraqdakı son hadislər müzakirə edilib.
Ərdoğan ABŞ əsgərlərinin İraqdan çıxarılmasından sonra ölkədə müşahidə edilən məzhəbçi və etnik qütbləşmələrin bir xaosa çevrilməsindən narahatlıq duyduğunu Malikiyə çatdırıb.
Ərdoğan vurğulayıb ki, Türkiyənin İraq siyasətinin əsasında, bu ölkənin suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin mühafizəsi, İraq xalqının sülh, demokratiya və rifah içində yaşaması dayanır.