Rusiya XİN-in başçısı Sergey Lavrov bəyan edib ki, ƏDL müşahidəçiləri yalnız Suriya hakimiyyətinə yox, həm də silahlı qruplaşmalara diqqət yetirməlidirlər.
SalamNews “İnterfaks”a istinadən xəbər verir ki, çərşənbə axşamı ərəb tərəfinin təşəbbüsü ilə S.Lavrovun ƏDL baş katibi Nabel Ərəbilə telefon danışığı olub.
Rusiya XİN-in məlumatında deyilir ki, Rusiya tərəfi ƏDL missiyasının Suriyadakı səylərini dəstəklədiyini bir daha təsdiqləyib.
S.Lavrov xüsusilə qeyd edib ki, Suriyada zorakılığı dərhal dayandırmaq lazımdı: "Bunun üçün də ƏDL missiyası yalnız Suriya hakimiyyətin öhdəliklərinə deyil, həm də silahlı qruplaşmaların davranışlarına da diqqət yetirməlidi”.