Dağlıq Qarabağdakı separatçı qurumun hərbi birləşmələrində əqidəsini əsas gətirərək xidmət etmək istəməyən «Yəhova Şahidləri» icmasının üzvü 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
APA-nın «Kavkazski Uzel» agentliyinə istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağ sakini Karen Arutunyan barəsində həbs qərarı Əsgəran məhkəməsi tərəfindən dekabrın 30-da qəbul edilib.
K. Arutunyan ötən il noyabrın 28-də hərbi xidmət üçün Əsgəran hərbi komissarlığa çağırılsa da, hərbi xidmətdən imtina edib.
Faktla bağlı separatçı rejimin “prokurorluğu” cinayət işi başlayıb və gənc həbs edilib.
Məhkəmə hökmü elan ediləndən sonra K. Arutunyan Şuşa şəhərində həbsxanaya salınıb.