Yanvarın 11-də İran parlamentinin sədri Əli Laricani Türkiyəyə səfər edəcək.
APA-nın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək səfər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti əsasında reallaşacaq. Səfər çərçivəsində Əli Laricani Türkiyənin bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə İran-Türkiyə münasibətləri, regionda baş verən hadisələr əsas müzakirə mövzusu olacaq.