Türkiyə-İran sərhədində Suriyaya silah-sursat aparan avtomobil karvanı saxlanılıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin İranla həmsərhəd Kilis rayonu ərazisindəki Öncüpınar gömrük-keçid məntəqəsində İrandan Suriyaya gedən, içərisində bomba və silah istehsalında istifadə edilən hərbi ləvazimatlar olduğu bildirilən 4 yük avtomobili saxlanılıb.
Kilis valisi Yusif Odabaşı avtomobillərdə hərbi yük olduğu barədə məlumat aldıqlarını söyləyib: “Avtomobillər Ankaradan gələn mütəxəssislər tərəfindən yoxlanılacaq. Hərbi yüklər aşkarlanarsa, Türkiyə Silahlı Qüvvələrinə göndəriləcək. Əks təqdirdə, əlaqədar orqanların təlimatına görə hərəkət ediləcək”.