Fransada hökumətin parlamentlə münasibətləri üzrə nazir Patrik Olye qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı məclisdə qəbul edilən qanun layihəsinin Senatın gündəminə daxil ediləcəyini bildirib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Patrik Olye, Fransa məclisində qəbul edilən layihənin yanvarın 23-də Senatın gündəminə daxil ediləcəyini söyləyib.
Fransız mətbuatına açıqlama verən Olye deyib: ''Bu mövzu ilə bağlı ümumi razılıq əldə edildiyini düşünürəm".