ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon bildirib ki, ABŞ-ın yeni müdafiə strategiyası çərçivəsində Türkiyə Birləşmiş Ştatlar üçün çox əhəmiyyətli bir müttəfiq olaraq qalmaqda davam edəcək
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Qordon Vaşinqtondakı Xarici mətbuat mərkəzində təşkil etdiyi mətbuat konfransında ABŞ-ın ötən həftə açıqladığı yeni müdafiə strategiyasında Türkiyənin mövqeyinə dair sualı cavablandırıb.
Türkiyənin əhəmiyyətli NATO müttəfiqi olduğunu bildiriən Qordon deyib: ''Region daxilində təhdidlərin və çətinliklərin davam etdiyi sirr deyil və ABŞ, həm ikitərəfli səviyyədə, həm də NATO müttəfiqi olaraq Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığını davam etdirəcək".