Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi general İlker Başbuğun həbs olunması ilə bağlı ilk dəfə açıqlama verib: "Məhkəmə prosesinin sürətlə başa çatması mənim və partiyamın arzusudur".
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, İlker Başbuğun həbs edilmədən azadlıqda mühakimə olunmasını arzuladığını vurğulayan Ərdoğan deyib: "Bu məsələ barədə hüquqi proses başlayıb. Bu proses daxilində mənim hər hansı bir açıqlama verməyim doğru deyil. Amma o, iki il birlikdə çalışdığım iş yoldaşımdır. Məhkəmə prosesinin həbs qətimkan tədbiriylə yox, azadlıqda davam etməsi mənim arzumdur".