Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün iraqlı həmkarı Nuri Əl Maliki ilə görüşəcəyi gözlənilir.
SalamNews-un "Habertürk" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Baş nazir Ərdoğan Norveç baş naziri Jens Stoltenberglə görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Jurnalistlərin ''İraqda məzhəblər arasında gərginlik barədə nə düşünürsünüz?" sualına Ərdoğan belə cavab verib: ''İraqda baş verənləri qəbul etmək mümkün deyil. Çox təəssüf ki, İraqda məzhəblərarası gərginlik artmağa başlayıb. Bu gərginlik İraqı sanki bir qan gölünə çevirib. Sabah cənab Baş nazir Nuri Əl Maliki ilə görüşəcəm. Görüş haqda xahiş mənə bu gün çatdırılıb".