İran xarici işlər naziri Əli Əkbər Salehi Türkiyəyə gedəcək. APA-nın məlumatına görə, səfər gələn həftə reallaşacaq.
Qeyd edək ki, bu günlərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunduğunu bildirib. O, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla danışdığını və hər iki tərəfin də Türkiyədə görüşməyə razılaşdığını bildirib: “Müzakirələrin ən qısa müddətdə başlayacağına ümid edirəm"