Pakistanda baş verən partlayışda 23 nəfər həlak olub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki Xeybər şəhərindəki bazarda səhər saatlarında partlayış baş verib. Polis orqanları hadisə nəticəsində 23 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını açıqlayıblar. Ölənlərin sayının artacağı istisna olunmur.