BDP sədr müavini və Siirtdən seçilən deputat Gültan Kışanak sabiq baş qərargah rəisi İlker Başbuğun həbs olunması ilə nəticələnən "İnternet memorandumu" sənədinin Baş nazir tərəfindən hazırlandığını iddia edib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, o, hökumət və Baş nazir Rəcəb Tayip Ərdoğanı hədəf alan çıxışında "İnternet memorandumu" iddiasında məhkəməyə təqdim edilən sənədlər arasında Ərdoğanın imzası ilə bir sənədin olduğunu açıqlayıb. O deyib: "Bu sənədi, memorandumu hazırlayan İlker Başbuğla əməkdaşlıq edən Tayyib Ərdoğanın özüdür. Baş nazirin yeri, Başbuğun yanıdır".