Türkiyə Hava Yolları (THY) yeni aldığı "Boinq 777" tipli təyyarəyə yeni xidmət növü əlavə edib. Beynəlxalq standartlara cavab verən təyyarədə sərnişinlər üçün Qurani-Kərimi dinləmə imkanı yaradılıb.
SalamNews-un "Habertürk" agentliyinə istinadla verdiyi məlumata görə, "Business" və "First Class" hissələri olan təyyarənin əyləncə sistemində 350-yə yaxın film, yüzlərlə musiqi albomu, TV proqramları hətta istədiyiniz kresloda oturan sərnişinə zəng vurmaq və ya qısa ismarıc göndərmək imkanı var. THY bu zəngin sistemə yeni xidmət əlavə edib.
THY-nın yeni təyyarəsində uçuş boyunca Qurani-Kərimə ərəb və türk dilində qulaq asmaq mümkündür. Diyanət İşləri Bakanlığı tərəfindən hazırlanan səs yazılarından istənilən surəni seçib qulaq asmaq olar.