Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil edilən ''Beynəlxalq inkişaflar işığında Türkiyə'' mövzusuna həsr olunan iclasda çıxış edib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Yaxın Şərqdə Mərakeşdən Əfqanıstana qədər olan böyük bir bölgədə siyasi zəlzələnin yaşandığını söyləyən XİN rəhbəri deyib: ''Qəbul edəcəyimiz qərarlarla çox parlaq gələcəyə doğru gedəcəyik. Yaxın Şərqdə siyasi, ictimai hüquqlar üçün, insan hüquqları, demokratiya üçün mübarizə aparan xalqların yanında olduq, siyasi mövqeyimizi ortaya qoyduq. Artıq "soyuq müharibə" strukturları bu bölgədə qala bilməz. Bölgədə yeni "soyuq müharibə"nin yaranmasına icazə verməyəcəyik. Sünni-şiə, ərəb-İran, status-kvo tərəfdarları ilə əleyhdarları kimi qütbləşmələrlə bölgəmizdə yenidən böyük gərginliyin yaşanmasını istəmirik. Bu ölkələrdə həm iqtisadiyyatın, həm də demokratiyanın yenidən inşası üçün hər cür layihəni dəstəkləyəcəyik. Bu coğrafiyanın yenidən inşa edilməsi Türkiyənin milli mənfəəti ilə üst-üstə düşür".