Bu gün Prezident Administrasiyasında (PA) Ramiz Mehdiyevin rəhbərliyi ilə humanitar elmlərin inkişafına dair geniş toplantı keçirilib.
SalamNews-un məlumatına görə, tədbirdə PA rəhbəri Ramiz Mehdiyev giriş nitqi söyləyib. Onun çıxışı əsasən humanitar elmlərin bugünkü vəziyyətinə, gələcək inkişaf perspektivlərinə və strategiyasına həsr olunub.
Toplantıda AMEA-nın üzvləri, ali məktəb rektorları və digər rəsmi şəxslər işitirak ediblər.