Böyük Britaniya “HMS Daring” ən müasir hərbi gəmisini bəzi döyüş gəmiləri ilə birlikdə İranın Hörmüz boğazını bağlamaq təhdidlərinə cavab olaraq bu həftə Fars körfəzinə göndərmək qərarına gəlib.
APA-nın məlumatına görə, “HMS Daring” öz radarı sayəsində hər cür hava hücumunu aşkar edərək cavab vermək gücünə malikdir. 180 ekipaj üzvü olan gəmiyə körfəzdəki vəzifəsini icra etmək üçün əlavə 60 nəfər yüksək hazırlıq keçmiş hərbçi də verilib.
Gəminin quruluşu “Çinuk” tipi vertolyotların asanlıqla enib-qalxması üçün dizayn edilib