Day.az saytının məlumatına görə DEVAMM-a bu şirkətdə işləyən hicablı xanım şikayət edib. Şikayətə görə menecerlrdən biri bu xanımla söhbət zamanı onun işə hicabsız gəlməsini istəyib. Əks təqdirdə onun gələcək iş perspektivləri təhlükə altına düşə bilər.
Bu məktubdan sonra DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Halim Atəşə məktub göndərərək bu şirkətdə insan haqlarının pozulması ilə bağlı narahatçılığını bildirib.
Həmçinin bu hadisənin Məhərrəm ayına təsadüf etməsi daha narahatçılıq göstərməsi də məktubda öz əksini tapıb.
DEVAMM rəhbəri Azercell rəhbərliyinin bu problemi həll edəcəklərinə ümüd etdiyini də bildirib.