Dindarlar ölkənin ən nüfuzlu idman komandalarından birini yaratdıqlarına əmindirlər. Türkiyəni dini işlər idarəsi "İmam-spor" idman klubu yaradır. Qurum inanır ki, yeni komanda yaxın vaxtlarda Türkiyənin ən nüfuzlularından biri olacaq.
Dindarlar Türkiyədə böyük rəğbət qazanmış futbola yanaşı yüngül atletika, basketbol, voleybol, güləş, stolüstü tennis və atıcılıq idmanları ilə də məşğul olacaqlar. Klubların əsas şüarı müasir idman dünyagörüşü və mənəviyyətinin təbliği olacaq.