Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türk-İran əlaqələri ilə bağlı açıqlama verib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, o, "Habertürk" televiziya kanalının canlı yayımında jurnalistlərin sullarını cavablandırıb.
Türk-İran münasibətlərinin şiə-sünni rəqabətinin əks olunduğu münasibət forması olmadığını söyləyən Ə.Davudoğlu deyib: "Biz İranla gizli müharibə aparmırıq. İran kimi qədim dövlət ənənəsi olan ölkənin tək refleksi məzhəb refleksi ola bilməz. Türkiyə-İran əlaqələrini şiə-sünni rəqabətinə söykəmək doğru deyil. Bizim xarici siyasətimizi tənqid edənlər özlərini elə aparırlar ki, elə bil biz İranla gizli müharibə aparırıq. Eyni bölgədə olan ölkələr əməkdaşlıq və rəqabət içində olar bilər. Qarşılıqlı gücümüzü, zəif yerlərimizi bilirik. Amma ünsiyyəti heç vaxt qoparmarıq. Fərqli düşünsək belə, bunu açıq şəkildə bildiririk".