Suriyada cümə namazından sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 35 nəfər həlak olub.
Suriya müxalifləri Dəməşqdə 13, Hamada 9, Humusda 7, İdlibdə 3, Deraada 2 və Raml Cənubda 1 nəfərin öldüyünü bildiriblər. Dəməşq koordinasiya komitəsi şəhərin 51 məntəqəsində etiraz aksiyasının keçirilməsi barədə məlumat verib.