Bakı katolik kilsəsinin rəsmi açılış mərasiminin olacağı gözlənilir. Bu barədə Day.az-a müsahibəsində kilsənin rəhbəri Yan Çapla bildirib. Onun dediyinə görə, rəsmi açılış mərasiminin nə vaxt olacağı barədə hakimiyyət, yerli dini nümayəndələr və Vatikanla danışıqlar aparılır.
"Biz istəyərdik ki, bu tədbirə Vatikandan Roma Papasından sonra ən yüksək rütbəli şəxs, dövlət katibi Tarçizio Bertone gəlsin. O, bu vəzifədə artıq ikinci ildir. Bizim üçün onun səfəri çox xoş olar", deyə Y. Çapla qeyd edib.