ürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fars körfəzində artan gərginliyi və İrana qarşı tətbiq olunacaq yeni Avropa İttifaqı sanksiyaları mövzusunda müzakirələr aparmaq üçün Tehrana gedərkən, İrandan Ankaraya "Suriya siyasətinizi dəyişin" çağırışı edilib.
"Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi Ankaranın Suriyadakı hadisələr haqqında həqiqəti qəbul edib Suriya siyasətini dəyişdirməsi lazım olduğunu söyləyib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, Dəməşq rəhbərliyinin Ərəb Birliyi ilə razılığa gəlməsinin Türkiyənin planlarına uyğun gəlmədiyini iddia edən Bürucerdi deyib: "Türkiyə bölgədə sabitliyin qorunmasına yönəlik siyasət tətbiq etmir".
Ə.Bürucerdi xarici işlər naziri Əhməd Davudoğlunun Tehranda atom və sanksiya mövzularından əvvəl Suriya mövzusunda müzakirə aparmağa çağırıb.
O, həmçinin, İran Məclisinin sədri Əli Laricaninin qarşıdakı günlərdə Ankaraya səfərə gedəcəyini söyləyib.