Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehranda İranın Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşüb.
SalamNews-un "Anadolu" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Türkiyə-İran əlaqələri ilə yanaşı, regional məsələlər, o cümlədən İranın atom enerji proqramı müzakirə edilib.