İraqın paytaxtı Bağdadın şiə rayonlarında partlayışlar törədilib.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, terror aktları nəticəsində 21 nəfər ölüb, onlarla adam yaralanıb.
Əvvəlcə Bağdadın Sədr-siti adlanan rayonunda partlayışlar baş verib. Şiələr yaşayan bu rayonda bomba qoyulmuş motosiklet və yol qırağına yerləşdirilmiş partlayıcı maddə partladılıb. İki saat sonra Əl-Kazimiyyə rayonunda da iki partlayış olub. Partlayışlar birinci hadisədə yaralananların aparıldığı xəstəxananın yaxınlığında baş verib.