Hərəkat nümayəndələri ABŞ təmsilçiləri ilə bir neçə görüş keçiriblər
“Taliban” hərəkatı ABŞ-la sülhün əldə olunması istiqamətində danışıqlar aparmaq üçün Qatarda büro açmağa hazırlaşır. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban” hərəkatı məlumat yayıb.
Taliban rəsmiləri açıqlamalarında ötən il Avropada və Körfəz ölkələrində ABŞ nümayəndələri ilə bir sıra gizli görüşlər keçirdiklərini, bu görüşlərin ardınca ABŞ-la görüşləri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.