Fransa parlamentinin qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsindən sonra geri çağırılan Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlunun Parisə qayıtması mümkündür.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa Senatının növbəti sessiyası yanvarın 10-da işə başlayacaq və fevralın 22-nə kimi davam edəcək. Bu müddət ərzində Fransa parlamentindən keçən “erməni soyqırımı” iddiaları ilə bağlı təklif Senata göndəriləcək. Bundan əvvəl, ehtiyac olarsa, Tahsin Burcuoğlu hazırlıqlar üçün Parisə geri qayıda bilər. O deyib ki, bəzi görüşlər üçün Parisdə olması gündəmə gələ bilər, ancaq yekun qərarı hökumət verəcək.
Türkiyə Böyük Millət Məclisinin Xarici Siyasət Komitəsi, CHP və biznes sahəsinin nümayəndələrindən ibarət qrupun yanvarın 10-na qədər Fransaya səfəri gözlənilir.