İran hökuməti Fars körfəzindən nəql edilən neftin keçdiyi Hörmüz boğazında gəmiçiliyə maneə törətməyəcəyinə dair vəd verib. Bu, regionda yaranmış gərginliyin müəyyən qədər səngiməsinə səbəb olub.
Bildirək ki, daha öncə rəsmi Tehran Qərbin İran neftinə sanksiyalar tətbiq edəcəyi təqdirdə Hörmüz boğazını bağlayacağını bəyan etmişdi.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, boğazın bağlanmayacağı haqda bəyanat İran hərbçilərinin keçirdiyi təlimlərin son günündə səsləndirilib. Xatırladaq ki, təlimlər zamanı bir sıra raketlər, o cümlədən, uzaqmənzilli raketlər sınaqdan keçirilib.