POPULYARXƏBƏRLƏR

“Azərbaycan Bəhailəri dini mərkəzi” dövlət tərəfindən ayrılmış vəsaitdən imtina etmələri ilə bağlı açıqlama yayıb

“Azərbaycan Bəhailəri dini mərkəzi” Bakı şəhəri bəhai dini icması və Sumqayıt şəhəri bəhai dini icmasının dövlət tərəfindən qeyri-islam təmayüllü dini icmalara ayrılmış vəsaitdən imtina etməsi ilə bağlı açıqlama yayıb.

göstərişi əsasında Nazirlər Kabinetinin qərarı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda fəaliyyət göstərən və qeydiyyatdan keçmiş digər dini icmalarla yanaşı, Bakı və Sumqayıt bəhai dini icmalarına da birdəfəlik maddi vəsait ayırıb: “Fürsətdən istifadə edərək bu qayğı və diqqətə görə Azərbaycan Bəhailəri Dini Mərkəzi Azərbaycan prezidentinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dərin ehtiramını və təşəkkürünü bildirir. Bəhai dini mərkəzi, həmçinin, bunu açıqlamağı zəruri hesab edir ki, Bəhai dininin mövcud ruhani prinsiplərinə və inzibati qanunlarına istinadən, adı çəkilən Bakı və Sumqayıt bəhai dini icmaları öz daxili ehtiyaclarını ödəmək məqsədilə, bu yardımı qəbul edə bilməz və qəbul etsə belə, yalnız xeyriyyəçilik məqsədilə xərcləyə bilərdi. Ona görə də bu icmalar onlara ayrılmış maddi vəsaiti qəbul etməyib və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yazaraq bildirilib ki, biz bu yardımı heç bir səbəbdən deyil, məhz dini prinsiplərimiz nöqteyi-nəzərindən çıxış edərək qəbul edə bilmirik.
Bizim bu qərarımız hökumət və dövlətimizlə, konkret olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə heç bir anlaşılmazlıq yaratmayıb, tam normal qəbul edilib və heç bir təəccüb doğurmayıb. Bu açıqlamanın yayılması bir çox informasiya agentliklərinin və qəzetlərin bu məsələyə xüsusi diqqət ayırmaları və bu məsələni araşdırmaq cəhdləri, bəzən də yardımın qəbul edilməməsinə müxtəlif forma verilməsi cəhdləri ilə əlaqədardır. Bunu bir daha vurğulamağı zəruri hesab edirik ki, ayrılan vəsaitin məbləğindən və kimlər tərəfindən ayrılmasından asılı olmayaraq, biz Bəhai Dininin işləri üçün ancaq Bəhailərin ianə vermək imtiyazları olması barədə Bəhai prinsipinə əməl edir və icmadan xaric mənbələrdən vəsaitləri qəbul etmirik”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və qeyri-islam təmayüllü 20 dini icmaya dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib. Qərarla QMİ-yə 2 milyon manat, 20 qeyri-islam təmayüllü icmanın hamısına isə ümumilikdə 400 min manat vəsait ayrılıb. İki bəhai icması vəsaitdən imtina etdiyindən, 400 min manat 18 qeyri-islam təmayüllü icma arasında bölüşdürülüb.



Yerləşdirilib:3 Yanvar, 2012  14:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com